AFFA "Neftçi" və "Qəbələ"ni cərimələdi

AFFA "Neftçi" və "Qəbələ"ni cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

Azərbaycan kubokunun "Qəbələ" - "Neftçi" final matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 90-cı dəqiqəsində "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

Oyunun 104-cü dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Bütün xəbərlər Facebook səhifəmizdə