U-21-ə daha bir futbolçu çağrıldı

U-21-ə daha bir futbolçu çağrıldı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub. SİA-nın məlumatına görə, yığmaya "Araz-Naxçıvan" klubundan Emil Balayev cəlb olunub. E.Balayev U-21-in heyətinə mayın 29-da qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə