"Atletiko Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Turan karyerasını "Barselona"da davam etdirə bilər
"Atletiko Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Turan karyerasını "Barselona"da davam etdirə bilər. İstedadlı oyunçu bu mövsüm göstərdiyi möhtəşəm çıxışla bir çox Avropa "nəhəng"lərinin diqqətini cəlb edib. Son günlər "Mançester Yunayted"ə keçməsi haqqında xəbərlər gəzən Ardanın indi türk futbolu üçün rekord qiymətə, yəni 35 milyon avroya "Barselona"ya keçəcəyi deyilir.
Xatırladaq ki, Arda Turan 2011-ci ildə 13 milyon avro müqabilində "Qalatasaray"dan "Atletiko"ya transfer olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB