Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsində Azərbaycan millisinin sonuncu rəqibi müəyyənləşib. Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələri (NORCECA) çempionatının seçmə mərhələsinin yekununa əsasən Puerto-Riko millisi komandamızla oynamaq hüququ qazanıb.
Mərkəzi amerikalılar mübarizə apardıqları "R" qrupunda bütün rəqiblərini 3:0 hesabı ilə məğlub edərək mərhələni adlayıblar. Belə ki, bu nəticə ilə Puerto-Riko NORCECA-nın üçüncüsü olaraq Faiq Qarayevin yetirmələrinin yer aldıqları "D" qrupunda mübarizə aparacaqdır.
Beləliklə, mundialın iştirakçılarının sayı 23-ə yüksəlib. Dünya çempionatının son komandası isə NORCECA-nın pley-off mərhələsinin yekununa əsasən dəqiqləşəcəkdir. Yeganə vəsiqə uğrunda Panama, Nikaraqua, Kosta-Rika, Trinidad və Tabaqo, Meksika voleybolçuları güclərini sınayacaqlar. Görüşlər iyunun 3-dən 8-dək keçiriləcəkdir.
Püşkatmanın nəticəsinə əsasən Azərbaycan millisinin yer aldığı "D" qrupunda Yaponiya, Çin, Puerto-Riko, Belçika, Kuba milliləri mübarizə aparacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB