Finalçılar müəyyənləşib

Futbol üzrə həvəskar komandalar arasında keçirilən XVI ölkə birinciliyində finala yüksələn komandalar müəyyənləşib. SİA-nın məlumatına görə, yarımfinal oyunları aşağıdakı nəticələrlə yekunlaşıb:

"Naftalan" – "Binə B.lik" 2:1 (ilk oyun - 0:1)

"Viləş" – "Çağırğan" 1:0 (ilk oyun - 0:2)

Beləliklə, "Binə B.lik" (Bakı) və "Çağırğan" (Sabirabad) komandaları arasında final oyunu mayın 28-də, saat 17:00-da, "Şəfa" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə