Simeonedən gözyaşardıcı açıqlama

Simeonedən gözyaşardıcı açıqlama

"Ağır mövsüm keçirdik. Əlbəttə, qələbəyə bu qədər yaxın olarkən uduzmaq çox ağırdır. Ancaq bu məğlubiyyət mövsüm ərzində qazandığımız digər nəticələrimizi ləğv etmir". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu "Atletiko Madrid" klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının finalında məğlub olduqları "Real Madrid"lə görüşdən sonra verdiyi açıqlamasında deyib.

Simeone qeyd edib ki, final oyunundakı məğlubiyyətləri göz yaşlarına layiq deyil: "Futbolçularıma məğlub olduğumuz təqdirdə ağlamamağı tapşırmışdım. Bundan sonra yenidən yığışacağıq və növbəti mövsümə hazırlaşacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə