Arda “Real Madrid”lə oyundan danışdı

Arda “Real Madrid”lə oyundan danışdı

"Çox ağır bir mövsüm keçirdik. Təəssüf ki, finalda uduzduq. Əgər ikinci oldunsa, səni həyatda kimsə xatırlamaz". SİA-nın məlumatına görə, bu fikirləri "Atletiko Madrid" klubunun yarımmüdafiəçisi Arda Turan Çempionlar Liqasının "Real"la final matçından sonra "NTVspor"a açıqlamasında deyib.

"Çempion olaraq Türkiyə bayrağını dalğalandırmaq istəyirdim, ancaq bu oyunda meydana çıxmadım", - deyə Arda təəssüflə qeyd edib.

Qeyd edək ki, "Atletiko Madrid"in "Real Madrid"ə 4:1 məğlub olduğu final matçında Arda zədə səbəbindən görüşdə iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə