Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ispan komandası - Madridin "Real" və"Atletiko" komandaları üz-üzə gəlib.
"Land of fire Azerbaijan" formalı "Atletiko" Portuqaliyanın paytaxtı Lissabonda keçirilək oyuna yaxşı əhval-ruhiyyədə çıxıb. Belə ki, Dieqo Simeonenin komandası bu mövsüm La Liqanı qızıl medallarla başa vurub.
Xatırladaq ki, "Atletiko" indiyədək ÇL-ni qazanmayıb. "Real" isə bu titulu doqquz dəfə əldə edib.
Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayıb.
"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 0:1 (İkinci hissə)
Qol: Dieqo Qodin, 36 (0:1).
Gərgin keçən oyunun 90+3-cü dəqiqəsində Ramosun qolu ilə "Real" hesabı bərabərləşdirir. Komandalar daha 30 dəqiqə meydanda olacaqlar.
"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 4:1
Qollar: Dieqo Qodin, 36 (0:1), Ramos, 90+3 (1:1), Qaret Beyl, 111 (2:1), Marselo, 117 (3:1), Ronaldo, 119 (4:1)
UEFA-nın saytına istinadən verilən məlumata görə, La Liqada "Barselona" ilə matçda zədələnən "Atletiko"nun türk yarımmüdafiəçisi Arda Turan heyətdə yer almayıb.
Komandalar oyuna aşağıdakı tərkibdə çıxıb.
"Real": Kasilyas, Varan, Ramos, Koentrao, Karvaxal, Xedira, Beyl, Modriç, di Mariya, Ronaldo, Benzema
Ehtiyat oyunçular: Dieqo Lopez, Pepe, Marselo, Arbeloa, İsko, İllaramendi, Morata
"Atletiko": Kurtua, Qodin, Felipe Luis, Xuanfran, Miranda, Tiaqo, Koke, Raul Qarsiya, Qabi, David Vilya, Dieqo Kosta
Ehtiyat oyunçular: Aranzubia, Alderveyreld, Mario Suarez, Kristian Rodriqes, Sosa, Dieqo, Adrian Lopez
(1).jpg)
.jpg)
.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB