İdmançılarımız çempionatda 41 medal qazanıblar

Bakıda keçirilən qol güləşi üzrə XXIV Avropa çempionatı başa çat
İdmançılarımız çempionatda 41 medal qazanıblar

Bakıda keçirilən qol güləşi üzrə XXIV Avropa çempionatı başa çatıb. "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil edilən çempionatın dördüncü günü yarışlar kişi və qadın atletlər arasında sağ əl üzrə keçirilib.

Kişilər arasında yarışda Azərbaycan idmançıları Qismət Vəkilov (60 kq) və Mirtaleh Aslanov (100 kq-dan artıq) Avropa çempionu olmuşlar.

Bundan başqa, Dmitri Bezkorovani (55 kq, Ukrayna), Jambul Vibliani (65 kq, Gürcüstan, Xetaq Dzitiyev (70 kq, Rusiya), Vadim Əkbərov (75 kq, Rusiya), Yevgeni Mirzəsəidov (80 kq, Rusiya), Yevgeni Prudnik (85 kq, Ukrayna), Spartak Zaloyev (90 kq, Rusiya), Krasi Kostadinov (100 kq, Bolqarıstan) və Sergey Takaryev (110 kq, Ukrayna) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Qadınlar arasında isə Alina Volkova (50 kq, Rusiya), Oksana Qorbac (55 kq, Rusiya), Lusia Dibnarova (60 kq, Slovakiya), Hedi Anderson (65 kq, İsveç), Fia Reisek (70 kq, İsveç), İrina Makkayeva (80 kq Rusiya), Viktoria Varonina (80 kq-dan artıq, Rusiya) qalib olmuşlar.

Çempionatın bağlanış mərasimində çıxış edən Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov qalibləri təbrik etmiş, idmançılara gələcək yarışlarda uğurlar arzulamışdır.

Dünya və Avropa Qol Güləşi federasiyalarının prezidenti Assen Hacıtodorov isə yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirmişdir.

Sonra qaliblərə medallar təqdim olunmuşdur.

Azərbaycan idmançıları yarışda ümumilikdə 41 medal qazanmışlar. Medallardan 13-ü qızıl, 14-ü gümüş, 14-ü isə bürüncdür. Bununla da yığmamız ilk beşliyə daxil olmuşdur.

Bakıda keçirilən Avropa çempionatında 30-dək ölkədən 700-dək idmançı iştirak etmişdir. Azərbaycan millisi çempionatda 100 idmançı ilə təmsil olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə