Azərbaycan boksçusu Ramal Amanov peşəkar rinqdə növbəti döyüşünü iyunun 1-də Moskvada keçirəcək. SİA-nın məlumatına görə, həmyerlimiz "Mıtişi" arenada təşkil olunacaq boks gecəsində keniyalı Maykl Odhiambo ilə üz-üzə gələcək. Bu, 29 yaşlı həmyerlimizin peşəkar rinqdə 5-ci döyüşü olacaq.
Xatırladaq ki, R. Amanov son döyüşünü dekabrda Ermənistan idmançısı Sevak Baqdasaryana qarşı keçirmiş və texniki nokautla qalib gəlmişdi. Uzun illər boks üzrə milli komandamızda çıxş edən R. Amanov 2005-ci ildə Çində keçirilən dünya çempionatında gümüş medala sahib olub.
Maykl Odhiamboya gəlincə isə, keniyalı peşəkar rinqdə 17 görüş keçirib və 12-də qələbə qazanıb.
"Mıtişi" arenasındakı gecənin əsas döyüşü isə rusiyalı Dmitri Çudinovla danimarkalı Patrik Nilsen arasında olacaq. Keçmiş dünya çempionları Evander Xolifild və Konstantin Tsyu fəxri qonaqlar arasında yer alacaq. Maykl Bafferin aparıcısı olduğu boks şousu "Perviy kanal"la canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB