Uruqvay millisinin hücumçusu Luis Suares zədələnib. Ulduz futbolçu məşq edərkən dizini zədələyib. Tibbi müayinədən sonra futbolçunun dizində menisk xəsarəti müəyyən edilib. Futbolçunun artroskopik əməliyyata ehtiyacı var. Bu isə o deməkdir ki, Suares dünya çempionatını buraxa bilər. Adətən belə əməliyyatlardan sonra 4-6 həftə bərpa müddəti tələb olunur.
Uruqvaylı jurnalist Martin Çarkero sosial şəbəkdə bildirib ki, Suares mayın 23-də əməliyyat olunacaq. Həkimlərin proqnozuna görə, Suaresin dünya çempionatında iştirak şansı olduqca azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB