Cüdoçularımız Polşada Avropa kuboku yarışlarında yeddi medal qazanıblar

Cüdoçularımız Polşada Avropa kuboku yarışlarında yeddi medal qazanıblar

Polşada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilmişdir. Turnirdə mübarizə aparan millimiz 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. Turnirdə 55 kiloqram çəki dərəcəsində finalda Azərbaycan cüdoçuları qarşılaşıblar. Komanda yoldaşı Elnur Abbasovu məğlub edən Natiq Qurbanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər cüdoçumuz Musa Şəkərəliyev (90 kq) finalda gürcüstanlı Qeorqi Qveleseaniyə məğlub olaraq gümüş medalla kifayətlənib.

Bürünc medalları isə millimizə Mehdi Əsgərov, Kəramət Hüseynov (hər ikisi 50 kq), Rüfət Tağızadə (60 kq) və Samir Ağayev (73 kq) qazandırıblar.

Ümumi komanda hesabında Azərbaycan millisi altıncı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə