Futbol üzrə U-19 liqasında sonuncu turun (27-ci tur) oyunları baş tutub. SİA-nın məlumatına görə, "Bakı"nın U-19 komandası çempionluq uğrunda həlledici görüş çərçivəsində evdə "Qəbələ" ilə qarşılaşıb. Prinsipial görüşün yekununda baş məşqçi Qəhrəman Əliyevin yetirmələri 1:0 hesablı qələbəni bayram ediblər. "Bakı"nın yeganə qoluna Elmin Əsgərli imza atıb.
Beləliklə, "Bakı" topladığı 64 xalla 2013/2014 mövsümünün çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB