"Çempionlar" turnirində ilk gün: 2 qızıl və 2 bürünc medal

"Çempionlar" turnirində ilk gün: 2 qızıl və 2 bürünc medal

Türkiyənin İzmir şəhərində güləş üzrə gənclər arasında 17-ci "Çempionlar" beynəlxalq turniri keçirilir. SİA-nın məlumatına görə, turnirdə gənc qızlar və yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri iştirak edir.

Turnirin ilk günündə mübarizəyə qoşulan güləşçilərimiz uğurlu çıxış ediblər. İdmançılarımız gənc qızların yarışında 1 qızıl və 1 bürünc medala sahib olublar. Qızıl medalı yığmamıza Raqnetta Qurbanzadə (67 kq), bürünc medalı isə Solmaz Həşimzadə (55 kq) qazandırıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində də yığmamız günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 66 kq çəkidə mübarizə aparan Ruhin Mikayılov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. 55 kq-da təmsilçimiz Ramiz Məmmədov isə bürünc medalla kifayətlənib.

Turnirə bu gün yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə