Türkiyədə baş verən mədən faciəsi dünya futbol ictimaiyyətinin diqqətindədir. Kriştiano Ronaldo və Lionel Messi kimi ulduz futbolçular da Somada baş verən dəhşətli faciəyə biganə qalmayıblar. Onlar sosial şəbəkə vasitəsi ilə Türkiyəyə başsağlığı veriblər. Messi: "Manisada baş verən mədən qəzasında həlak olan insanların ailələrinə, bütün Türkiyəyə başsağlığı verirəm".
Ronaldo: "Qəlbim Soma faciəsində yaxınlarını itirən ailələrin yanındadır. Hələ də yerin altındaq qalan işçilərin sağ qalması üçün dua edirəm..."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB