Ümumdünya Boks Seriyasının (WSB liqası) finalı Bakıda olacaq. Boks Federasiyasından SİA-ya verilən xəbərə görə, "Baku Fires" və "Cuba Domaderos" komandaları arasında həlledici görüşlər iyunun 6-da və 7-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.
Bununla bağlı mayın 23-də Bakıda AİBA prezidenti ilə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, komandamız yarımfinalda Qazaxıstanın "Astana Arlans" klubunu, kubalılar isə Rusiya boksçularını məğlub ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB