“Sevilya” Avropa Liqasının qalibidir FOTOLAR

"Benfika" 8-ci dəfə büdrədi
“Sevilya” Avropa Liqasının qalibidir FOTOLAR

Ötən gecə UEFA Avropa Liqasında 2013/14 mövsümünün qalibi məlum olub. Qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin finalında İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" komandaları qarşılaşıblar. SİA-nın verdiyi məlumata görə, İtaliyanın Turin şəhərinin "Yuventus Stadium" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb.

Almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi oyunda qalibi müəyyənləşdirmək üçün komandalar daha 30 dəqiqə meydanda mübarizə aparıblar. Lakin əlavə vaxtda da heç bir komanda fərqlənə bilməyib və Avroliqanın yeni qalibini penaltilər müəyyənləşdirib. Bu zərbələri daha dəqiq yerinə yetirən "Sevilya" 8 ildən sonra yenidən Avroliqanın qalibi olub - 4:2.

23:45. "Sevilya" (İspaniya) - "Benfika" (Portuqaliya) - 0:0 (Penaltilər seriyası - 4:2)

"Benfika": + - - +

"Sevilya": + + + +

Bütün xəbərlər Facebook səhifəmizdə