Futbolçu rəqibi təhqir etdiyinə görə cəzalandırıldı

Futbolçu rəqibi təhqir etdiyinə görə cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

2 may 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXXV turunun "Simurq" – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

11 may 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXV turunun "İnter" – "Qəbələ" matçının 71-ci dəqiqəsində "İnter" klubunun 24 №-li futbolçusu Fuad Bayramov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

11 may 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXV turunun "Bakı" – AZAL matçının 84-cü dəqiqəsində "Bakı" klubunun 19 №-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

11 may 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXX turunun "Karvan" – "Turan-T" matçının 70-ci dəqiqəsində "Karvan" klubunun 3 №-li futbolçusu Cavid Heydərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

12 may 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXX turunun "Araz Naxçıvan" – "Energetik" matçının 90-cı dəqiqəsində "Energetik" klubunun 15 №-li futbolçusu Kamran Lalayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

9 may 2014-cü il U-19 Liqasının "Sumurq" – "Bakı" matçının 83-cü dəqiqəsində "Bakı" klubunun 4 №-li futbolçusu Müşfiq İlyasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).

4 may 2014-cü il U-16 Liqasının "Bakı" – "Əlincə" matçının 70-ci dəqiqəsində "Əlincə" klubunun 2 №-li futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 66-cı dəqiqəsində "Əlincə" klubunun 13 №-li futbolçusu Elmar Osmanlı rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Oyunun 80+5-ci dəqiqəsində "Bakı" klubunun 2 №-li futbolçusu Famil Camalov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

8 may 2014-cü il U-16 Liqasının "Neftçi"İSM – "Vətən" matçının 53-cü dəqiqəsində "Neftçi"İSM klubunun 6 №-li futbolçusu Toğrul Xanlarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

5 may 2014-cü il U-14 Liqasının 1/4 final "Əlincə" – "Bakı" matçının 60-cı dəqiqəsində "Bakı" klubunun 3 №-li futbolçusu Fərid Nadirov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).

7 may 2014-cü il U-14 Liqasının "Neftçi" – "Qəbələ" matçının 59-cu dəqiqəsində "Qəbələ" klubunun 7 №-li futbolçusu Kamran Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

6 may 2014-cü il Atena U-12 Liqasının "Sərhədçi" (Astara) – "Simurq" matçının 36-cı dəqiqəsində "Sərhədçi" klubunun 15 №-li futbolçusu Nurlan Dadaşov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).

2 may 2014-cü il futzal üzrə Azərbaycan kubokunun "Fənərbağça" – "Neftçi" matçının 28-ci dəqiqəsində "Neftçi" klubunun 5 №-li futbolçusu Sezar Xaviyer idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 39-cu dəqiqəsində "Fənərbağça" klubunun 73 №-li futbolçusu Predraq Rayiç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

8 may 2014-cü il futzal üzrə Azərbaycan birinciliyinin "Çevik" – "Baku Fire-2" matçının 25-ci dəqiqəsində "Çevik" klubunun 14 №-li futbolçusu Salman Salmanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

10 may 2014-cü il həvəskarlar arasında Azərbaycan birinciliyinin "Mehdiabad" – "Naftalan" matçının 81-ci dəqiqəsində "Mehdiabad" klubunun 22 №-li futbolçusu Elnur Salmanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Oyunun 81-ci dəqiqəsində "Naftalan" klubunun 18 №-li futbolçusu Toğrul Əsgərov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Bütün xəbərlər Facebook səhifəmizdə