Dünya çempionlarımız Vətənə qayıtdılar

Dünya çempionlarımız Vətənə qayıtdılar

Dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan kikboksçuları Vətənə qayıdıblar. SİA-nın məlumatına görə, idmançılarımzı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Kikboksinq Federasiyasının rəsmiləri, azarkeşlər və jurnalistlər qarşılayıblar.

Yarışda qızıl medal qazanmış Fuad Zeynalov çempionatın yığma komandamız üçün uğurlu alındığını qeyd edib: "Low-kik versiyasında yeganə iki qızıl medalı qazandıq. Qızıl medallardan birinə mən, birinə də Eduard Məmmədov layiq görüldü. 2010-cu ildən low-kik versiyasında yox, layt-kontakt versiyasında döyüşürdüm. Low-kik versiyasında özümü sınadım və dünya çempionu oldum. Final görüşündə 3-cü raundda iran döyüşçüsü məni naqdauna saldı, ancaq bundan 10 saniyə sonra mən İran idmançısını çox ağır naqdaun vəziyyətinə saldım. Baş hakim və vitse-prezident iranlı olduğuna görə sıxışdırmağa çalışsalar da, azarkeşlər və komandamızın etirazından sonra qələbəni mənə verdilər.

Qeyd edək ki, Yunanıstanın Santorini adasında keçirilən dünya çempionatında Fuad Zeynalovla yanaşı (low-kik versiyası, 90 kq), Eduard Məmmədov (low-kik versiyası, 60 kq) və Pərviz Həsənov (kontakt versiyası) da qızıl medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə