Əjdər Cəfərov: "Yeniyetmə idmançılar daim AGF-nin və Fazil Məmmədovun nəzarətindədir" AÇIQLAMA

Əjdər Cəfərov: "Yeniyetmə idmançılar daim AGF-nin və Fazil Məmmədovun nəzarətindədir" AÇIQLAMA

"Yeniyetmə idmançılarımız ehtiyyat qüvvəmizdir, gələcəyin Olimpiya Oyunlarının iştirakçılarıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov deyib. O, yeniyetmə idmançılara hər zaman qayğı göstərildiyini qeyd edib: "Yeniyetmə idmançılar daim Azərbaycan Güləş Federasiyasının (AGF) və federasiya prezidenti Fazil Məmmədovun diqqət və nəzarətindədir. Federasiya tərəfindən yeniyetmə və gənclərin inkişaf proqramı yaradılıb. Onların təlim-məşq toplanışlarında, yarışlarda iştirakları hər zaman yüksək səviyyədə təmin olunub. Bunun nəticəsidir ki, yeniyətmə güləşçilərimiz hər il olduğu kimi, bu il də Avropa çempionatında yüksək çıxışları ilə özlərini doğrultdular. Builki Avropa çempionatı, həm də yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarekteri daşıyırdı. Mümkün 5 lisenziyadan 5-ni əldə etdik. Bu, böyük uğurdur. Hər il yeniyetmələrimiz bu tempdə çıxış edirlər və nəticə verirlər. Təbii ki, qazandığımız bütün uğurların əsas səbəbi ölkə başçımız, cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdır. Bu diqqət və qayğı idmançılarımza daha da yüksək ruh və qələbə əzmi verir".

Baş katib lisenziya qazanmış güləşçilərimizin artıq Vətənə qayıtdıqlarını, 5 günlük istirahətdən sonra yenidən təlim-məşq toplanışına qatılacaqlarını və Olimpiya Oyunlarına hazırlıqları davam etdirəcəklərini vurğulayıb. O, bu hazırlıqların Olimpiya Oyunlarında öz bəhrəsini verəcəyini bildirib.

Xatırladaq ki, Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında güləşçilərimiz yetərli sayda lisenziyalar qazanıblar və Olimpiya Oyunlarında tam heyətlə (5 güləşçi ilə) iştirak edəcəklər.

Pəhləvanlarımız sərbəst növ üzrə 46, 63 və 100 kq-da, yunan-Roma güləşi üzrə 50 və 69 kq-da, yeniyetmə qızlar isə 46 və 52 kq çəki dərəcələrində lisenziya əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə