Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında çıxışlarını başa vuran qızlardan ibarət güləş üzrə yığma komandamızın üzvləri Vətənə qayıdıb. SİA-nın məlumatına görə, güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.
Yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri Avropa çempionatını 2 qızıl medalla tamamlayıb. Qızıl medalları yığmamıza Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) qazandırıb. Yeniyetmə qızlarımız Nanjinqdə keçiriləcək ikinci Olimpiya Oyunlarına qazandıqları 2 lisenziyanı 2 qızıl medalla əldə ediblər. Ancaq FİLA qaydalarına əsasən hər bir ölkə qızların yarışında yalnız 1 güləşçi ilə iştirak edə bilər.
Olimpiya Oyunlarına lisenziyanı qızıl medalla qazanan Türkan Nəsirova qələbə həyəcanını belə paylaşıb: "Federasiya rəhbərliyinə, məşqçilərimizə öz təşəkkürümü bildirirəm ki, bizə lazım olan şəraiti yaradırlar, hər cür dəstək göstərirlər. Avropa çempionu olduğum üçün çox sevinirəm. Arzulayıram ki, Nanjinqdə keçiriləcək Olimpiya Oyunlarında da qızıl medal qazanıb, xalqımızı və federasiyamızı sevindirim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB