Vyana şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan futbol turniri keçirilib.
SİA-nın məlumatına görə, turnir Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Vyanada təhsil alan azərbaycanlı gəncləri özündə birləşdirən Azərbaycan Akademik Birliyi tərəfindən təşkil olunub.
Tədbirdə Vyanada akkreditə olunan diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən bu şəhərdə təhsil alan gənclər, Avstriyada yaşayan soydaşlarımız, idmansevərlər iştirak ediblər.
Turnirdə altı komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən turnirin finalında "SK Qarabağ" və "FC Sans Papiers" komandaları qarşılaşıblar. Mübarizəni əzmlə davam etdirən "SK Qarabağ" komandası 6:3 hesabı ilə qalib gələrək, turnirin qalibi olub.
Sonda turnir iştirakçılarına medallar və kubok təqdim olunub, xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB