Tələbə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib

Tələbə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib

Lənkəran Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Sağlam bədəndə sağlam ruh olar" devizi altında tələbə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib. SİA-nın məlumatına görə, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ali və orta-ixtisas məktəblərinin tələbə qızları arasında baş tutan idman yarışında 14 komandanı təmsil edən 110 idmançı qələbə uğrunda mübarizə aparıb.

Yarışların final mərhələsində Lənkəran Humanitar Kollecinin və Lənkəran Tibb Kollecinin komandaları qarşılaşıblar.

Daha inamlı oyun nümayiş etdirən Lənkəran Tibb Kollecinin komandası rayon birinciliyinin qalibi olub.

Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə