Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində cüdo üzrə "Böyük dəbilqə" turniri başlayıb. SİA-nın məlumatına görə, yarışda Azərbaycan millisi ilə yanaşı, 44 ölkənin yığması mübarizə aparır.
Yarışın ilk günündə kişilər arasında 60, 66 kiloqram, qadınların mübarizəsində isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Turnirin ilk günü 17 Azərbaycan cüdoçusu tatami üzərinə çıxacaq.
Yarışda ümumilikdə 290 cüdoçu iştirak edir. Onlardan 187-si kişilərin yarışında, 103-ü qadınların mübarizəsində qüvvələrini sınayır.
Azərbaycan turnirə 39 idmançı (27 kişi, 12 qadın) ilə qatılıb. Heyətdə yığmamızın aparıcı cüdoçuları da yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB