Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr olunan "Interior Design" jurnalında bu ölkədə fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun Bakıda tikilən Milli Gimnastika Arenası barədə məqaləsi dərc edilib.
SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərinə görə, məqalədə "Bakı-2015" ilk Avropa Oyunlarının obyektlərindən biri olan Milli Gimnastika Arenasının inşasının uğurla başa çatdırıldığı bildirilir.
Müəllif qeyd edir ki, bu möhtəşəm arenanın arxitekturası və dizaynı göz oxşayır. Arenanın binası qeyri-adi olmaqla yanaşı, bədii gimnastikada istifadə olunan lenti xatırladır. Layihənin xarici dizaynında milli rəmzlərdən də istifadə olunduğunu bildirən müəllif binanı bəzəyən işıqların Azərbaycan bayrağını əks etdirdiyini yazıb.
Məqalənin sonunda Milli Gimnastika Arenasında bu il 23-cü Avropa Çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2019-cu ildə isə Dünya Çempionatının keçiriləcəyi oxucuların diqqətinə çatdırılır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://www.designmena.com/thoughts/broadway-malyan-completes-national-gymnastics-arena-in-baku
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB