"Bakı 2015 ilk Avropa Oyunları" başlıqlı rəy sorğusu keçiriləcək

"Bakı 2015 ilk Avropa Oyunları" başlıqlı rəy sorğusu keçiriləcək

Mayın 7-dən başlayaraq 150 min tələbənin iştirakı ilə "Bakı 2015 ilk Avropa Oyunları" başlıqlı rəy sorğusuna start veriləcək. SİA-nın məlumatına görə, bununla Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun (AzGF) aparat rəhbəri Faiq Qürbətov mətbuat konfransı keçirib.

Tədbirdə qeyd olunub ki, sorğu Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və "Bakı 2015 ilk Avropa Oyunları"nın təşkilat komitəsinin dəstəyi ilə paytaxt Bakı və ölkəmizin regionlarının təhsil müəssisələrinin tələbələri arasında gerçəkləşəcək. Layihə iyunun 15-dək davam edəcək. Sorğunun əsas məqsədləri tələbə-gənclərin "Bakı 2015 ilk Avropa Oyunların"a münasibətini öyrənmək, onlara bu yarış haqqında dolğun məlumat verərək, tələbə - gəncləri bu möhtəşəm idman tədbirində könüllü olmaq ( və ya olmamaq) istəklərini müəyyənləşdirməkdir. Bundan başqa, oyunlarda könüllü olmaq istəyən tələbə - gənclərə şərait yaradaraq, onların yarışlara cəlb olunması və gələcəkdə istifadə oluna biləcək ümumi könüllü məlumat bazasının formalaşdırılması da əsas məqsədlərdəndir.

Qeyd edək ki, 7 sualdan ibarət sorğuda 109 ali və orta ixtisas məktəblərində təhsil alan gənclər iştirak edəcəklər. Layihə başa çatandan sonra 49 statistik məlumat ictimaiyyətə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə