Azərbaycan yığması "Naxçıvan Kuboku" turnirinin qalibi oldu

Azərbaycan yığması "Naxçıvan Kuboku" turnirinin qalibi oldu

Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında "Naxçıvan Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və Ukrayna komandaları iştirak edib. Yarışda iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparıb. A yarımqrupunda Azərbaycan, Türkiyə, Qazaxstan və Özbəkistan, B yarımqrupunda isə, Naxçıvan, Rusiya, Gürcüstan və Ukrayna komandaları yarışıblar.

Dövrə A yarımqrupu Hesab Nəticə Dövrə B yarımqrupu Hesab Nəticə
I Azərbaycan - Türkiyə
Qazaxstan - Özbəkistan
8-0
8-0
1. AZƏRBAYCAN
2. Qazaxstan
3. Türkiyə
4. Özbəkistan
I Naxçıvan - Rusiya
Gürcüstan - Ukrayna
1-7
1-7
1. Ukrayna
2. Rusiya
3. Naxçıvan
4. Gürcüstan
II Azərbaycan - Qazaxstan
Türkiyə - Özbəkistan
6-2
5-3
II Naxçıvan - Gürcüstan
Rusiya - Ukrayna
7-1
4-4*
III Azərbaycan - Özbəkistan
Türkiyə - Qazaxstan
7-1
1-7
III Naxçıvan - Ukrayna
Rusiya - Gürcüstan
4-4*
7-1

7-ci yer uğrunda Özbəkistan - Gürcüstan 2-6
5-ci yer uğrunda Türkiyə - Naxçıvan 3-5
3-cü yer uğrunda Qazaxstan - Rusiya 3-5

FİNAL - AZƏRBAYCAN - UKRAYNA 8:0 YEKUN
50 kq - Fərid İsmayılov - Maksim Blyaze
55 kq - Mircəlal Həsənzadə - Taras Markoviç
60 kq - Vurğun Əliyev - İvan Bleyçuk
66 kq - Murad Süleymanov - Serhiy Ponomarenko
74 kq - Hacımurad Ömərov - Yaroslav Piliev
84 kq - Məhəmməd Abdulxaliqov - Artur Barbaroş
96 kq - Səid Həmidov - Murazi Mçelidze
120 kq - Oyan Nazari - Danilo Kartavyi
11:8
7:5
10:0
17:7
11:2
10:0
11:4
5:0
1. AZƏRBAYCAN
2. Ukrayna
3. Rusiya
4. Qazaxstan
5. Naxçıvan
6. Türkiyə
7. Gürcüstan
8. Özbəkistan

Öz yarımqruplarında birinci olmuş Azərbaycan və Ukrayna komandaları finalda qarşılaşıb. Güləşçilərimiz ümumi hesabda üstünlük əldə edib və turnirin baş mükafatını qazanıb. Ukrayna yığması ikinci olub. Bürünc medalın taleyi isə, Rusiya və Qazaxstan yığmalarının görüşündə müəyyənləşib. 5:3 hesablı qələbə Rusiya yığmasına "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin bürünc mükafatını qazandırıb.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə