Konkur üzrə beynəlxalq turnir keçiriləcək

Konkur üzrə beynəlxalq turnir keçiriləcək

08-10 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən "Elite Horse and Polo Club" atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq turnirdə Azərbaycan, Gürcüstan,Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir. Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı 65-ə yaxın atla mübarizə aparacaq. Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Yarışın ümumi mükafat fondu 168000 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, tamaşaçılar üçün giriş pulsuzdur. Yarış mayın 8-də və 10-da saat 12:00-da, mayın 9-da isə (final) saat 19:00-da başlayacaq. Final günü məşhur "Boney M" qrupunun konsert proqramı da təşkil olunacaq. Konsert proqramı pulsuzdur və saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə