“Qarabağ” dünyanın reytinq siyahısında 7 pillə gerilədi

“Qarabağ” dünyanın reytinq siyahısında 7 pillə gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq siyahısını açıqlayıb. SİA-nın xəbərinə görə, 201 klubun yer aldığı siyahıda bu dəfə də ölkəmizi "Qarabağ" təmsil edib.

Ötən ayla müqayisədə Ağdam təmsilçisi yeddi pillə geriləyib. Hazırda 123 xalı olan "Qarabağ" 119-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya yenə də "Bavariya" (354 xal) başçılıq edir. "Real" (Madrid) isə 337 xalla 2-ci pillədədir. "Land of fire Azerbaijan" formalı "Atletiko" isə xal hesabını 315-ə çatdırıb. Bununla da Madrid təmsilçisi "Barselona"nı qabaqlayaraq 5-ci yerdən 3-cü pilləyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə