8 komanda "Naxçıvan Kuboku" uğrunda mübarizə aparacaq

8 komanda "Naxçıvan Kuboku" uğrunda mübarizə aparacaq

4-5 may 2014-cü il tarixində Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında "Naxçıvan Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və Ukrayna komandaları iştirak edəcək.

Bu gün saat 16.00-da yarışda iştirak edəcək komandalar arasında püşkatma mərasimi keçiriləcək. Daha sonra idmançıların çəki prosesi baş tutacaq.

Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimi mayın 5-də saat 12.00-da baş tutacaq.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Turnir "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə