Şəmkirdə şahmat məktəbinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Şəmkir Rayonunun İcra başçısı Nazim Veysov, "Synergy Group" Müşahidə Şurasının sədri Riyad Hüseynov, şahmatçılar Maqnus Karlsen, Teymur Rəcəbov eləcə də mərhum şahmatçımız Vüqar Həşimovun ailə üzvləri iştirak edib. Məktəbdə uşaqlar və yeniyetmələrə müəllimlər tərəfindən şahmat dərsləri keçiriləcək. Mərkəzdə şahmatın sirrlərinə yiyələnmək üçün hər cür şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB