Ulu Öndərin doğum günü ilə bağlı futbol turnirinin bağlanış mərasimi keçirilib FOTO (YENİLƏNƏCƏK)

Ulu Öndərin doğum günü ilə bağlı futbol turnirinin bağlanış mərasimi keçirilib FOTO (YENİLƏNƏCƏK)

Bu gün Bakı Dövlət Universitetində (ADU) Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon idarə, müəssisə, təşkilat və universitetlər arasında keçirilən futbol turnirinin təntənəli bağlanış mərasimi olub. SİA-nın məlumatına görə, bağlanış mərasimində çıxış edən YAP Yasamal rayon Təşkilatının sədri Fikrət İsmayılov artıq ənənə halını alan futbol turnirinin Ulu Öndərin növbəti doğum gününə həsr olunduğunu bildirib və bu müddət boyunca maraqlı oyun nümayiş etdirərək 1-ci, 2-ci və 3-cü yerin qalibləri olan komandaları təbrik edib.

Qeyd edək ki, 1-ci yerin qalibi Aztelekom komandası olub. 2-ci yerdə Bakı Metropoliteni, 3-cü yerdə isə BDU komandaları qərarlaşıb.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə