"Formula-1"-in "Qran-pri" mərhələlərindən biri Bakıda keçiriləcək

"Formula-1"-in "Qran-pri" mərhələlərindən biri Bakıda keçiriləcək

2016-cı ildə "Formula-1" yarışının "Qran-pri" mərhələlərindən birinin Bakıda keçirilməsi haqqında rəsmi saziş imzalanıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Bakıda keçiriləcək yarışın "Qran-pri Avropa" adlanacağı gözlənilir. Yarış Bakıda I Avropa Oyunlarından bir il sonra, yəni 2016-cı ildə keçiriləcək.

Azərbaycan keçmiş SSRİ-də Rusiyadan sonra "Formula-1" yarışının "Qran-pri" mərhələsini keçirəcək ikinci ölkə olacaq.

Yarış Bakının küçələrində keçiriləcək.

Saziş Bakıda "Formula-1"-in prezidenti Berni Ekklstoun ilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə