4-5 may 2014-cü il tarixində Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında "Naxçıvan Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qazaxstan və Ukrayna komandalarının iştirakı planlaşdırılır.
Yarışın proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimi mayın 5-də saat 12.00-da baş tutacaq.
İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB