Sənədlərinin saxta olduğu aşkar edilən furbolçunun komandasına ağır cəza
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
24 aprel 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Xəzər Lənkəran" – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
27 aprel 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXXII turunun "Qəbələ" – "Simurq" matçının 83-cü dəqiqəsində "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).
27 aprel 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXXII turunun "Qarabağ" – "Neftçi" matçında "Neftçi" və "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 52).
26 aprel 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun "Qarabağ" – "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
26 aprel 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun "Sumqayıt" – "Bakı" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
26 aprel 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun "İnter" – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 44-cü dəqiqəsində "İnter" klubunun 24 №-li futbolçusu Fuad Bayramov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
26 aprel 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXVII turunun "Şahdağ" – "Qaradağ Lökbatan" matçının 69-cu dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 27 №-li futbolçusu Ramal Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
26 aprel 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXVII turunun "Kəpəz" – "Şəmkir" matçının 43-cü dəqiqəsində "Kəpəz" klubunun 25 №-li futbolçusu Xəyal Zeynalovla "Şəmkir" klubunun 11 №-li futbolçusu Ramil Sadiqov biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.3).
27 aprel 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXVII turunun "Bakılı" – "Neftçala" oyununun 82-ci dəqiqəsində "Bakılı" klubunun 11 №-li futbolçusu Samir Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
27 aprel 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXVII turunun "Göyəzən" – "Mil-Muğan" oyununun 49-cu dəqiqəsində "Mil-Muğan" klubunun 1 №-li futbolçusu Şöhrət Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
23 aprel 2014-cü il U-19 Liqasının "İnter" – "Qarabağ" matçının 40-cı dəqiqəsində "İnter" klubunun 13 №-li futbolçusu Teymur Kamalla "Qarabağ" klubunun 17 №-li futbolçusu Tural Rzayev biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır (maddə 42.3).
23 aprel 2014-cü il U-19 Liqasının "Simurq" – AZAL matçının 62-ci dəqiqəsində "Simurq" klubunun 6 №-li futbolçusu Araz Əsədullazadə ilə AZAL klubunun 77 №-li futbolçusu Eşqin İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
24 aprel 2014-cü il U-16 Liqasının "Neftçi" – "Sumqayıt" matçının 73-cü dəqiqəsində "Sumqayıt" klubunun 17 №-li futbolçusu Tural Fəttayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
24 aprel 2014-cü il U-16 Liqasının "Xəzər Lənkəran" – "Qarabağ" matçının 53-cü dəqiqəsində "Qarabağ" klubunun 6 №-li futbolçusu Mirağa Aslanzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
24 aprel 2014-cü il U-16 Liqasının "Qəbələ" – "Neftçi" matçının 72-ci dəqiqəsində "Qəbələ" klubunun 10 №-li futbolçusu Hacıağa Hacıyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
24 aprel 2014-cü il U-16 Liqasının AZAL – "Bakı" matçının 60-cı dəqiqəsində AZAL klubunun 11 №-li futbolçusu Elçin Əliyevlə "Bakı" klubunun 11 №-li futbolçusu Kənan Rəfiyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır (maddə 38.3).
Oyunun 80+1-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Abbas Səfərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
24 aprel 2014-cü il, U-16 Liqasının "Şahdağ" – "Simurq" matçında "Simurq" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Coca-Cola məktəbli kubokunda iştirak edən 236 saylı məktəbin futbolçusu Vüqar Həsənovun sənədlərinin saxta olduğu aşkar edilmişdir. Bu səbəbdən də adıçəkilən futbolçunun iştirakı ilə keçirilən bütün oyunlarda komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
12 aprel 2014-cü il futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Baku stars" – "Rabitə" matçının 35-ci dəqiqəsində "Baku stars" klubunun 10 №-li futbolçusu Azər Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 48-ci dəqiqəsində "Rabitə" klubunun 8 №-li futbolçusu Şahin Abdinov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanır (maddə 42.3).
27 aprel 2014-cü il futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Binə" – 16-UGİM matçının 70-ci dəqiqəsində "Binə" klubunun 13 №-li futbolçusu Sadiq Okardi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 81-ci dəqiqəsində "Binə" klubunun 8 №-li futbolçusu Elvin Xudadatov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 88-ci dəqiqəsində 16-UGİM klubunun 10 №-li futbolçusu Cabir Səfiyev hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanır (maddə 42.3).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB