"Shamkir Chess 2014" turnirinin 8-ci turunda Hikaru Nakamuraya uduzan Şəhriyar Məmmədyarov jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, şahmatçı debütdən sonra üstünlüyünün olduğunu, ancaq şansı qaçırdığını bildirib: "Tələsmədən oynadım. Şansımı qaçırdım. Səhvə yol verəndən sonra oyun qəlizləşdi. Seytnotda çox sadə gedişləri görmədim.Vəziyyət qəlizləşdi və məğlubiyyət qaçılmaz oldu. Uğursuzluğu iddiaçılar turnirindəki çıxışımla əlaqələndirmək istəməzdim. Fikrim başqa yerdədir. Sanki fikrimi cəmləşdirə bilmirəm. Müəyyən problemlər var. Çıxışımı faciə adlandırmaq da olmaz. Belə nəticə 10 ildə bir dəfə olur. Son dəfə 8 il əvvəl Veyk-An-Zee turnirində belə zəif oynamışdım. Fərdi yarışlarda belə uğursuzluğu bağışlamaq olar. Təki, Dünya Kuboku, yığma ilə birgə dünya çempionatı, olimpiadada belə formada olmayım. Vəziyyətlə barışmaq istəmirəm. Səhvlərimi bilirəm. Üzərində işləyəcəyəm. Hələlik əlbəttə, son 2 turda daha yaxşı oynamaq üçün çalışacağam. Turnirin ilk dövrəsində qeydə alınan nəticələr ikinci dövrədə də təkrarlanır".
Hikaru Nakamura isə partiya haqda bunları deyib: "Partiyada hər şey bərabər başladı. Sonra üstünlük qazanmaq üçün şans yarandı. Düzgün oynayaraq vacib gedişlər etdim. Sevinirəm ki, qələbə qazandım. İlk dövrədəki nəticələr ikinci dövrədə də təkrarlanır. Sanki qəribə turnir təsiri bağışlayır. Növbəti 2 tur əvvəlki 8 turdan daha çətin olacaq. Turniri major notda bitirmək şansımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB