Teymur Rəcəbov: "Gedişləri düzgün hesablamadığım üçün vəziyyət pisləşdi"
"Shamkir Chess 2014" turnirinin 8-ci turunda Fabiano Karuanaya məğlub olan Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib. SİA-nın məlumatına görə, o, partiyanın gedişində dəyişikliyin mümkün olmadığını qeyd edib: "Mümkün gedişləri yoxladım. Oyuna təsir etmək imkanlarımdan istifadə etdim. Məğlubiyyət qaçılmaz oldu. Gedişləri düzgün hesablamadığım üçün vəziyyət pisləşdi. 6 aylıq fasilədən sonra ümumi nəticəni nəzərə alsaq, qayıdışımın normal olduğunu düşünürəm. 8 tur normal oynadım. Özümü yaxşı hiss edirəm. Şahmat formama qayıtmışam. Karlsenlə oyunda onun 95% gedişlərini düzgün hesabladım. Məhz ona görə də qalib gəldim. Gizlətmirəm ki, oyunumda təəssüf edici məqamlar da var."
Fabiano Karuana isə qələbəni belə şərh edib: "Rəqibin mənə oynamaq imkanı verməsindən yararlandım. Düzgün gedişlər qələbəyə apardı. Teymur yaxşı şahmatçıdır. Ona görə qələbənin asan olmadığını deməliyəm. Lider Karlsendən 0,5 xal geri qalıram. Lakin turnirin axarı hər şeyin son oyunlarda həll olunacağını göstərir. Buna görə də konkret nəticə barədə danışa bilmərəm. Son turlar həlledici olacaq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB