Avropa Oyunları üzrə icraçı direktor bu həftə Bakıya gələcək

Avropa Oyunları üzrə icraçı direktor bu həftə Bakıya gələcək

Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş Baş İcraçı Direktoru Saymon Kleq bu gün Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Baş İcraçı Direktoru vəzifəsinə təyin edilib.SİA-nın xəbərinə görə, o bu vəzifəyə Baş İcraçı Direktor Cim Şer vəzifəsindən getdikdən sonra təyin olunub.

Avropanın ilk çox növlü idman tədbirində Avropa Olimpiya Komitələrində (EOC) birləşmiş 49 ölkədən 19 idman növündə yarışacaq 6000 –dən çox atlet iştirak edəcək. Tədbir üçün 65000 yer tutan Milli Stadion, Milli Gimnastika Arenası (gələn ay keçiriləcək Avropa Ritmik Gimnastika Çempionatına ev sahibliyi etmək üçün tamamlanmışdır), eləcə də su idmanı və atıcılıq mərkəzləri də daxil olmaqla yeni müasir idman obyektləri inşa edilir. 9000-dən çox idmançı və rəsmi şəxs Milli Stadiona piyada qət olunan məsafədə yerləşən Atletlər Kəndində yerləşdiriləcək.

Tədbiri keçirmək hüququna malik EOC-un hazırda Avropa Oyunları üzrə icraçı direktoru olan Kleq bu həftə Bakıya gələcək. O, özünün idarəetmə şirkəti Zeus İnternational Mangement vasitəsi ilə hazırda yerinə yetirdiyi bütün digər konsultasiya müqavilələrini ləğv edəcək. Kleqin əvvəlki iş təcrübəsinə 12 Yay Olimpiya və Qış Olimpiya Oyunlarında Böyük Britaniyanın Atletlər Komandasına rəhbərlik, Bat şəhərində Avropa Gənclərin Olimpiya Festivalında (BK-da keçirilmiş gənclərin ən böyük çox növlü idman yarışı) Baş İcraçı Direktor və Afina 2004 Operativ İşçi Qrupunda IOC tərəfindən təyin edilmiş ekspert vəzifəsi daxildir. Eyni zamanda, Kleq tender üzrə direktor olmazdan öncə 2012-ci il Olimpiya Oyunları ilə bağlı tenderdə iştirak etmək üçün Britaniya Hökumətini və London Merini inandırmaqdan ötrü siyasi və PR kampaniyalara rəhbərlik etmiş və sonra direktor kimi Olimpiya Oyunlarının London Təşkilat Komitəsinin idarə heyətinə qoşulub.

Təyinat ilə bağlı rəyini bildirən Azərbaycan gənclər və idman naziri və BAOƏK-un icraçı direktoru Azad Rəhimov deyib: "Mən şadam ki, Saymon bu təzə vəzifəni tutmağa razılıq verib. Onun təşkilata rəhbərlik etmək üçün lazımi qabiliyyəti və təcrübəsi vardır belə ki, biz planlaşdırma mərhələsindən əməliyyatların icrası rejiminə keçirik və açılış mərasiminə qədər yalnız 14 ay qalır. Son doqquz ay ərzində o, Avropa Olimpiya Komitələrini təmsil edərkən biz onunla sıx əməkdaşlıq şəraitində işləməkdən məmnunluq duymuşuq və mən əminəm ki, Avropada ən yaxşı atletlər üçün gözəl bir yarış keçirəcəyik."

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hiki deyib: "Saymon bizim İcraçı Direktorumuz olduğu son doqquz ay ərzində ilk Avropa Oyunlarının uğurlu icrasına böyük kömək göstərib. Onun Təşkilat Komitəsinin funksiyalarını dərindən bilməsi və başa düşməsi ilə birləşən rəhbərlik və idarəetmə təcrübəsi onun Avropa Oyunlarında bu təzə yüksək vəzifə üçün açıq-aşkar seçilməsinə səbəb olub. Öz qitəmizdən say-seçmə atletlər üçün cəlbedici və innovativ yarışların keçirilə bilməsini təmin etmək məqsədilə biz Saymon ilə birlikdə işləməyi davam etdirəcəyimizə ümid bəsləyirik. Bakı2015-in real irisi Avropa Oyunlarının gələcək variantları üçün davamlı bir model olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə