Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi öz işinə başlayıb
Bu gün Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi öz işinə başlayıb. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin konqresə təbrik məktubunu oxuyub.
AİPS–in prezidenti Canni Merlo yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib, rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, konqresin fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomesajla konqres iştirakçılarını təbrik edib.
Qeyd edək ki, AİPS-in Bakı konqresi mayın 1-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB