Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılıq idmanının konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnir may ayının 8-dən 10-dək davam edəcək. Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarış Binə qəsəbəsində yerləşən "Elite Horse and Polo Club" atçılıq klubunun açıq manejində təşkil olunacaq.
Turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir. Yarışda ümumilikdə 25-ə yaxın idmançı 65-ə yaxın atla mübarizə aparacaq. Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Yarışın ümumi mükafat fondu 168000 ABŞ dolları təşkil edir. Tamaşaçılar üçün giriş pulsuzdur.
Final mərhələsi mayın 9-da baş tutacaq turnirdə həmin gün dünyanın tanınmış qurpu olan "Boney M" konsert proqramı ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB