Mark Kamona: "Rəqibin təzyiqi nəticəsində oynamaq çətin idi”

Mark Kamona: "Rəqibin təzyiqi nəticəsində oynamaq çətin idi”

Futzal üzrə UEFA kubokunun 1/2 final mərhələsi çərşivəsində keçirilmiş "Araz" - "Barselona" oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. SİA baş məşqçilərin fikirlərini nəzərinizə çadırır:

Mark Kamona ("Barselona"nın baş məşqçisi): "Araz" aqressiv oynayırdı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu səbəbdən qolların sayı çox oldu. Digər qol epizodlarını qiymətləndirə bilmədiyimizə görə təəssüflənirəm. Çünki rəqibin təzyiqi nəticəsində oynamaq çətin idi".



Joze Alesio Da Silva ("Araz"ın baş məşqçisi): "Oyunçularım qələbə qazanmaq üçün cəhd etdi və bütün bacardıqlarını ortaya qoydular. Rəqib çox güclü idi. Biz bir növ lotereyada məğlub olduq - penaltilərlə. Məşqlərdə penaltiləri yerinə yetirmişdik. Ancaq oyunda uğurlu alınmadı".

Xatırladaq ki, "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilmiş 1/2 final oyununun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Komandalar hərəyə bir dəfə fərqləniblər. Qalib penaltilər seriyasında bəlli olub. Zərbələri daha sərrast yerinə yetirən "Barselona" 4:2 (ümumi nəticədə 8:6) hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, aprelin 26-da, saat 19:00-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək III yer uğrunda oyunda "Kayrat" və "Araz", saat 21:30-da keçiriləcək final oyununda isə "Dinamo" və "Barselona" komandaları qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com