"Uşaqlar bizim gələcəyimizdir" devizi altında idman yarışı keçirilib FOTO

"Uşaqlar bizim gələcəyimizdir" devizi altında idman yarışı keçirilib FOTO

Bu gün Hövsan Olimpiya İdman Kompleksində "Uşaqlar bizim gələcəyimizdir" devizi altında kiçik yaşlı uşaqların idman yarışı keçirilib. SİA-nın xəbərinə görə, yarış millət vəkili, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, proqram üzrə koordinatoru Sevinc Fətəliyevanın təşəbbüsü ilə Avropa Şurasının "Hər 5 uşaqdan biri" kampaniyası çərçivəsində reallaşdırılır.

İlk olaraq yarış Azərbaycan Respublikasının Dövlət himnin səslənməsi ilə başlayıb.

Daha sonra çıxış edən millət vəkili Sevinc Fətəliyeva bildirib ki, yarışın keçirilməsində məqsəd kiçik yaşlı uşaqların idmana marağını artırmaq, zərərli vərdişlərdən və arzu olunmaz davranışlardan uzaqlaşdırmaq: "Yarış öncədən təsdiq olunan əsasnaməyə uyğun olaraq keçirilir. Yarışa mütəxəssislərdən ibarət hakim heyəti başçılıq edir. Yarış iştirakçıları orta məktəblərin II-IV sinif şagirdlərindən ibarətdir.

Çıxışdan sonra müxtəlif idman növləri üzrə şagirdlər arasında yarış keçirilib.

Məlumat üçün bildirək ki, yarışda 270, 280 və 281 nömrəli məktəblərin şagirdləri iştirak edib. Yarışlarda hər komandamın heyəti 20 iştirakçıdan (10 qız və 10 oğlan) ibarət olub. Yarışların proqramına 5 idman növü daxildir. Buna kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma, qapıya qol vurma, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet və basketbol topunun aparılması estafeti daxildir.

Qeyd edək ki, yarışın sonunda oyunlarda qalib gələn şagirdlərə fəxri fərman və diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə