Türkiyənin Konya şəhərində kiçik yaşlı yeniyetmələr arasında güləş üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə iştirak edən sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komandanın üzvləri 3 qızıl və 3 gümüş medal qazanıb.
Məşqçi Namiq Quliyev və yığma komandanın baş məsləhətçisi Saypulla Absaidovun rəhbərliyi altında turnirdə iştirak edən 6 güləşçimiz fəxri kürsüdə yer tutub. Ramiz Həsənov (38 kq), Nəsib Osmanov (66 kq) və Əhliman Quliyev (73 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələniblər. Əsgər Məmmədəliyev (38 kq), Hüseyn Hüseynzadə (59 kq) və Fərid Musayev (85 kq) isə yalnız final görüşündə uduzub və gümüş medal qazanıblar.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Bolqarıstan və Makedoniya güləşçiləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB