Azad Rəhimov Avropa Olimpiya Oyunları ilə bağlı aparılan tikintilərə görə ağacların kəsilməsi məsələsinə aydınlıq gətirdi

Azad Rəhimov Avropa Olimpiya Oyunları ilə bağlı aparılan tikintilərə görə ağacların kəsilməsi məsələsinə aydınlıq gətirdi

"Bu barədə danışanlar, yazanlar sanki Bakıda yaşamırlar". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı aparılan tikintilərə görə ağacların kəsilməsi barədə səslənən fikirlərə münasibət bildirərkən dilə gətirib.

Nazir hər hansı bir məlumatı yaymazdan əvvəl onun təhlil edilməsini təklif edib: "Gəlin bir nəzər salaq, Bakıda aparılan bəzi tikinti işləri var ki, orada ağaclar təmir işlərinə görə kəsilir və yenidən əkilir. Hansı tikiliyə görə ağac kəsilib ki? Ona görə də təklif edirəm ki, nəyisə yazmazdan öncə bir təhlil etsinlər. Düşünürəm ki, bunu yaymaqla ya qərəzli mövqe nümayiş etdirirlər, ya da bu barədə yazanlar qeyri-peşəkar jurnalistlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə