Gənclər və idman naziri hesabat xarakterli mətbuat konfransı keçirdi FOTOREPORTAJ
Bu gün gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin (GİN) konfrans zalında təşkil olunmuş tədbirdə nazir müavini İsmayıl İsmayılov da iştirak edib.
Nazir 2013-cü ildə gənclər sahəsində keçirilən tədbirlər barədə danışıb: "2013-cü ildə gənclər sahəsində 192 tədbir keçirilib. Onlardan 38-i beynəlxalq əhəmiyyətli, 154-ü yerli, o cümlədən 50-si ümumrespublika əhəmiyyətli olub. 66 ölkə ilə mübadilədə 1972 nəfər iştirak edib. 1110 xarici qonaq Azərbaycana gəlib, 862 gənc xaricə ezam olunub".
A. Rəhimov Nazirliyin 2014-cü ilin birinci rübündə gənclər sahəsində fəaliyyəti barədə də məlumat verib: "2014-cü ilin birinci rübündə 27 tədbir təşkil olunub. Onlardan 9-u beynəlxalq əhəmiyyətli olub. 13 ölkə ilə mübadilə zamanı 123 nəfər xarici ölkəyə ezam edilib, 186 nəfər xarici qonaq qəbul olunub. 2013-cü ilin 3 iyul tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən "Gənclər mükafatı" təsis edilib. 2 fevral 2014-cü il tarixində 6 nəfər gənc həmin Mükafatın laureatı olub. 7 telelayihə hazırlanıb, efirdə nümayiş olunub".
Daha sonra nazir son 3 ay ərzində keçirilən idman tədbirləri barədə danışıb: "51 respublika əhəmiyyətli, 41-dən çox beynəlxalq yarışlar keçirilib. Yığma komandalarımız 33 təlim-məşq toplanışında iştirak ediblər. 2014-cü ilin 3 ayı ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 25 qızıl, 31 gümüş və 48 bürünc medal əldə olunub.
2014-cü ilin yanvar-mart aylarında müxtəlif idman növləri üzrə 34 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib.
18 nəfər "Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi", 24 nəfər "Azərbaycan Respublikasının Əməkdar məşqçisi", 15 nəfər "Respublika dərəcəli hakim" və 4 nəfər isə "Əməkdar idman ustası" fəxri adı alıb.
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri davam edir. Bu mötəbər tədbirdə 5 minə yaxın idmançı 20-yə yaxın idman növündə mübarizə aparacaq".





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB