Maqnus Karlsen: "Hər bir şahmatçını məğlub edə bilərəm"

Maqnus Karlsen: "Hər bir şahmatçını məğlub edə bilərəm"

"Shamkir Chess 2014" turnirində ardıcıl ikinci qələbəsini qazanan norveçli dünya çempionu Maqnus Karlsen mətbuat konfransında özünə inandığını söyləyib. SİA-nın məlumatına görə, o, Hikaru Nakamuraya qarşı oyunda debütdə üstünlük qazandığını qeyd edib: "Sonra vəziyyət daha yaxşılaşdı. Rəqib artıq çıxış yolu axtarırdı. Ardıcıl ikinci qələbə çox yaxşıdır. Mən artıq rahat oynayıram. Şəmkirdə hər görüşdə qələbə qazanmaq istəyirəm."

Karlsen Hikaru Nakamuranın müsahibəsində özünü turnirdə norveçli şahmatçıya ən ciddi rəqib saymasına qısa cavab verib: "Əgər yaxşı oynasam, hər bir şahmatçını məğlub edə bilərəm. Reytinqimin 2900-a çatmasına gəlincə, gəlin turnirin sonunu gözləyək. Ən son turda xalları və reytinqi sayarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə