AGF Kuboku üçüncü gün: 6 qızıl, 5 gümüş və 10 bürünc medal

AGF Kuboku üçüncü gün: 6 qızıl, 5 gümüş və 10 bürünc medal

Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarus, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edir.

Turnirin proqramına əsasən, ilk gündə yunan-Roma güləşi üzrə yeniyetmələr mübarizə aparıb. Güləşçilərimiz həmin gün 6 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, İran isə üçüncü pillədə qərarlaşıb.

Turnirin ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında yarışlar keçirilib. 106 pəhləvanın mübarizə apardığı yarış günündə güləşçilərimiz 6 qızıl, 4 gümüş və 5 bürünc medala yiyələniblər. Komanda hesabında yığmamız ilk sırada qərarlaşıb. Gürcüstan ikinci, Türkiyə güləşçiləri üçüncü olub.

Turnirin üçüncü günündə sərbəst güləş üzrə yeniyetmə güləşçilər mübarizəyə qoşulub. 70 pəhləvanın mübarizə apardığı yarışda güləşçilərimiz 6 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığmamız birinci olub. Gürcüstan ikinci, Macarıstan üçüncü sırada qərarlaşıb.

42 kq
1/2 final
Ramazi Turmanidze (GEO) - Röyal Ağamalıyev 6:3
Milad Abdi (IRI) - Amir Parasteh (IRI) 4:1

FİNAL - Ramazi Turmanidze (GEO) - Milad Abdi (IRI) 1:4
Bürünc medal görüşü - Elvin Dünyamalıyev - Röyal Ağamalıyev 1:6
Bürünc medal görüşü - İntiqam Vəlizadə - Amir Parasteh (IRI) 2:6
46 kq
1. Şahin Əlifzadə
2. Reza Alicanzadehjouybari (IRI)
3. Əliabbas Rzazadə
50 kq
1/2 final
Elvin Namazov - Sabutay Əmişov 5:13
Aleksandre Lomidze (GEO) - Aqil Feyruzzadə 4:6

FİNAL - Sabutay Əmişov - Aqil Feyruzzadə 6:2
Bürünc medal görüşü - Kənan Ağamalıyev - Elvin Namazov 10:0
Bürünc medal görüşü - Balasz Egyed (HUN) - Aleksandre Lominadze (GEO) 2:3
54 kq



1. Kaven Rahmatabadi (IRI)
2. Əfqan Xaşalov
3. Orxan Abbasov
58 kq
1/2 final
Mahir Əmiraslanov - Qüdrət Ağayev 3:2
Hasan Kaya (TUR) - Ali Cam (TUR) 4:15

FİNAL - Mahir Əmiraslanov - Ali Cam (TUR) 9:2
Bürünc medal görüşü - Adam Ladjanszki (HUN) - Qüdrət Ağayev 3:13
Bürünc medal görüşü - Goga Mamiauri (GEO) - Hasan Kaya (TUR) 11:0
63 kg
1/2 final
Peter Taller (HUN) - Məhəmməd Həsənzadə 0:10
Ramon Makula (HUN) - Pənah İlyaslı 2:3

FİNAL - Məhəmməd Həsənzadə - Pənah İlyaslı 0:4
Bürünc medal görüşü - Levani İnasaridze (GEO) - Peter Taller (HUN) 3:0
Bürünc medal görüşü - Arman Beisembinov (KAZ) - Ramon Makula (HUN) 0:3
69 kq
1/2 final
Fuad Məmmədov - Fazali Eryılmaz (TUR) 5:3
Ravil Babazadə - Osman Göçmen (TUR) 8:8*

FİNAL - Fuad Məmmədov - Osman Göçmen (TUR) 0:10
Bürünc medal görüşü - Murad İslamov - Fazali Eryılmaz (TUR) 4:1
Bürünc medal görüşü - Xalid Əlizadə - Ravil Babazadə 3:14
76 kq
1/2 final
Hacımurad Məhəmmədsəidov - Muratcan Solmaz (TUR) 13:2
Sənan Əlizadə - Meki Simonia (GEO) 3:5

FİNAL - Hacımurad Məhəmmədsəidov - Meki Simonia (GEO) 10:0
Bürünc medal görüşü - Eyup Sayan (TUR) - Muratcan Solmaz (TUR) 10:0
Bürünc medal görüşü - Amir Hossein (IRI) - Sənan Əlizadə 3:4
85 kq
1/2 final
Şamil Sadullayev - Semih Yazıcı (TUR) 6:2
Moqeli Mezvrişvili (GEO) - Soslan Tsalagov (RUS) 1:12

FİNAL - Şamil Sadullayev - Soslan Tsalagov (RUS) 12:2
Bürünc medal görüşü - Cavid Sadıqov - Semih Yazıcı (TUR) 1:5
Bürünc medal görüşü - Məhəmmədrəsul Qazıməhəmmədov - Moqeli Mezvrişvili (GEO) 6:0
100 kq
1/2 final
Nizami Şəmilov - Maqomedxan Maqomedov (RUS) 0:10
İqbal Hacızadə - Əli Əminov 3:0

FİNAL - Maqomedxan Maqomedov (RUS) - İqbal Hacızadə 8:4
Bürünc medal görüşü - Amirali Yousefgarmabaki (IRI) - Nizami Şəmilov 4:0
Bürünc medal görüşü - Mete Langh (HUN) - Əli Əminov 0:7

Komanda hesabı:

1. AZƏRBAYCAN
2. Gürcüstan
3. Macarıstan

Bütün xəbərlər Facebook səhifəmizdə