Beş boksçumuz ¼ finalda

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında boks üzrə dünya birinciliyində ¼ finalçıların adları məlum olub. SİA-nın məlumatına görə, Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 5 boksçumuz ¼ finala vəsiqə əldə edib. Dünən axşam proqramında daha iki boksçumuz döyüşlərini qələbə ilə başa vurub. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev Türkiyə idmançısı Məhəmməd Aydın üzərində qələbə qazanıb - 3:0.

Superağır çəki dərəcəsində yarışan Məhəmmədəli Tahirov da Türkiyə boksçusunu yarışdan kənarlaşdırıb. Həmyerlimiz Eren Uzunu çətinlik çəkmədən məğlub edib - 3:0.

Bu gün keçiriləcək ¼ final mərhələsində idmançılarımızın rəqibləri:

49 kq: Rüfət Hüseynov – Niko Hernandez (ABŞ)

64 kq: Cavid Quliyev – Vinçenzo Areççia (İtaliya)

91 kq: Şükran Mehdiyev – Toni Filpi (Xorvatiya)

52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)

91+kq: Məhəmmədəli Tahirov – Marat Kerimxanov (Rusiya)

Qeyd edək ki, bu gün günorta proqramı Bakı vaxtı ilə saat 16:00-da, axşam proqramı isə saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə