Rusiya şahmatçısı Sergey Karyakin "Shamkir Chess 2014" turnirində Teymur Rəcəbovla heç-heçəylə başa çatan partiyadan sonra ilk tur haqda fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, S.Karyakin Azərbaycan təmsilçisinin onu təəccübləndirdiyini deyib: "Teymur Rəcəbov fransız müdafiə ilə məni təəccübləndirdi. Bir qədər üstünlük əldə etdim, lakin sonradan heç-heçə nəticələnəcək şərait yarandı. Bu, mənim ardıcıl 3-cü turnirimdir. Bir qədər yorğunluq hiss olunur. Turnirdə mübarizəni hiss etmək hələlik çətindir. İlk turdan sonra Maqnus Karlsenin lider olması normaldır. Mən adətən digər rəqiblərimin partiyası ilə maraqlanmıram. Ona görə əsas diqqəti öz oyunuma yönəldirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB