Şəhriyar Məmmədyarov: "Açılışda püşk atılanda ilk turun çətin olacağını bilirdim"
Şəhriyar Məmmədyarov "Shamkir Chess 2014" turnirinin ilk turundan sonra mətbuat konfransında iştiak edib. SİA-nın məlumatına görə, o, məğlubiyyətinin səbəbi barədə danışıb: "Debüt ev tapşırığı idi. Sadəcə bəzi məqamları yaddan çıxartdım. Belə vəziyyəti izləmişdim. Qara fiqurlarda problem olmalı deyildi. Amma dünyanın bir nömrəli şahmatçısı səhvsiz oynadı və nəticəni gördük. Müdafiə sona yaxın sadəcə mümkün deyildi. Açılışda püşk atılanda ilk turun çətin olacağını bilirdim. Startda Maqnusa qarşı oynamaq çətindir. Orta turlarda olsaydı, yaxşı olardı. Karyeramda iki dəfə Karlsenə uduzmuşam. Hər ikisi ilk turda olub - 2008-ci il Veyk-An-Zee turnirində və indi Şəmkirdə. İkinci dövrədə yenidən görüşəcəyik. Onda tam fərqli oyun olar".
Ş.Məmmədyarov ötən gecə nərd oynadığını da etiraf etdi: "Təşkilatçılıq yüksək səviyyədə olduğu üçün şahmatçıların boş vaxtı çox olur. Ona görə nərd oynamışdım. Hər halda nərd bu günkü partiyadan daha yaxşı alındı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB